Türkiyədə sərnişin avtobusun qəzaya uğrayıb, azı 6 nəfər ölüb, 39 nəfər xəsarət alıb.
Azərtac xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi Türkiyənin NTV televiziyasına istinadla yayıb.
Bildirilir ki, hadisə Ankara-Aksaray şosesində baş verib. Avtobusda sıxılmış vəziyyətdə qalan insanların xilas edilməsi üçün əməliyyat aparılır.
Hadisə yerinə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.