XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

08 Sentyabr 2018 - 10:56

Qəzzada İsrail qoşunları ilə toqquşma:1 fələstinli ölüb, 94 nəfər yaralanıb

Qəzza zolağı sərhədlərində İsrail hərbçiləri ilə baş verən toqquşmalarda 1 fələstinli ölüb, 90-dan çox insan yaralanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyinin nümayəndəsi Vəfa Yaqi məlumat verib.

Hər cümə günü minlərlə anklav sakininin iştirakı ilə keçirilən çıxışlar beşaylıq “Böyük geriqayıdış marşı” etiraz aksiyası növbəsini davam etdirir.

“Rafah şəhərində bir fələstinli ölüb, 94 nəfər müxtəlif xəsarətlər alıb”, — deyə Yaqi bildirib.

Onun sözlərinə görə, yaralılardan 37-si xəstəxanalara yerləşdirilib, digərlərinə isə həkimlər yerində tibbi yardım göstəriblər.