XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

08 Sentyabr 2018 - 11:15

Misirdə beynəlxalq hərbi təlimlər başlanır- ABŞ-ın iştirakı ilə

Bu gün Misirdə ABŞ-ın iştirakı ilə Yaxın Şərq regionunda ən iri beynəlxalq hərbi təlimlər başlanır.

Azərtac Misir Silahlı Qüvvələrinin mətbuat xidmətinin bəyanatına istinadla bildirir ki, sentyabrın 20-dək davam edəcək birgə təlimlərdə Misir, ABŞ, Böyük Britaniya, Fransa, Yunanıstan, İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı və İtaliyanın quru, hərbi-dəniz, hərbi-hava qüvvələrinin nümayəndələri və xüsusi bölmələri iştirak edəcəklər. Bəyanatda qeyd edilir ki, daha 16 ölkənin nümayəndələri bu hərbi təlimləri müşahidə edəcəklər.

Hərbçilər terror hücumlarına qarşı mübarizə, təxliyə, ərazinin minalardan təmizlənməsi, dənizdə təhlükələrə qarşı mübarizə, havada birgə işin təşkili və digər manevrləri sınaqdan keçirməlidirlər.

Qeyd edilir ki, “Parlaq ulduz” adlı birgə hərbi təlimlər Misir ilə ABŞ arasında təhlükəsizlik sahəsində strateji münasibətlərin və əməkdaşlığın möhkəmlənməsinə kömək edir.

Bəyanatda vurğulanır ki, “Parlaq ulduz” təlimləri 1981-2009-cu illərdə keçirilib, sonra dayandırılıb və yalnız 2017-ci ildə yenidən keçirilməyə başlanıb.