XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

08 Sentyabr 2018 - 17:01

Merkel Aİ-nin maliyyə paytaxtı titulunun Frankfurt-Mayna verilməsinin tərəfdarıdır

Böyük Britaniya Avropa İttifaqından çıxandan sonra Londonun əvəzinə hansı şəhər Avropanın maliyyə paytaxtı olacaq?

Azərtac xəbər verir ki, bu status uğrunda Avropada azı 3 şəhər mübarizə aparmağa hazırdır: Milan, Paris və Frankfurt-Mayn. Bu baxımdan, Lüksemburqun, Amsterdamın və Dublinin də adları çəkilir. Uğur qazanmağa məhz Frankfurtun hər cür şansı olmasına yaxın vaxtlara qədər heç kəs şübhə etmirdi. Paris isə buna can atmasını hələ bildirməyib. Bəs bu iki şəhərin hər birinin xeyrinə hansı dəlillər var?

Almaniyanın maliyyə paytaxtı sayılan Frankfurt-Maynda artıq aparıcı alman banklarının və investisiya şirkətlərinin qərargahları, kontinental Avropanın ən iri fond birjası, xarici maliyyə təsisatlarının çoxsaylı nümayəndəlikləri və filialları yerləşir. Ümumavropa valyutası olan avroya cavabdehlik daşıyan Avropa Mərkəzi Bankının (AMB) qərargahı, Avropada sığorta biznesinə nəzarət edən Eiopa idarəsi də burada yerləşir.

Hazırda Frankfurt Böyük Britaniyanın Avropa İttifaqından çıxması səbəbindən öz biznesinin bir qismini Londondan qitəyə köçürmək istəyən beynəlxalq banklardan çoxsaylı konkret təkliflər alıb. Aİ-yə daxil olmayan maliyyə təsisatları bunu 2019-cu il aprelin 1-nə qədər etməli olacaqlar, çünki onlar yalnız Aİ hüdudlarında yerləşəcəyi təqdirdə vahid Avropa bazarında biznes fəaliyyəti ilə məşğul olmağa imkan verən lisenziya sahibləri olacaqlar.

Almaniyanın ən iri şəhərlərindən birinin Avropanın maliyyə mərkəzinə çevrilmək niyyətini alman siyasətçilərinin çoxu, o cümlədən AFR Kansleri Angela Merkel də dəstəkləyir. Merkel bu günlərdə Frankfurt birjasına baş çəkib, orada maliyyə sahəsinin və bank sektorunun 300-ə yaxın nümayəndəsinin yanında ümidvar olduğunu bildirib ki, “brexit”dən sonra Londonu tərk etməyi qərara alan maliyyə təsisatları Frankfurt-Mayna köçəcəklər və burada onları sevinclə qarşılayacaqlar.

Angela Merkel deyib: “Biz Hesseni (Frankfurtun yerləşdiyi federal əyaləti) dəstəkləmək, Almaniyanın maliyyə mərkəzinə çevrilmək üçün burada cəlbedici çərçivə şərtləri yaratmaq məqsədilə nə mümkündürsə edəcəyik”.

Kanslerin bu nitqi Berlindən ən münasib vaxtda səslənmiş dəqiq siqnaldır: Böyük Britaniyanın Aİ-dən çıxması ilə əlaqədar Avropanın maliyyə sektoru qeyri-müəyyən şəraitdədir. Bu prosesin necə baş verəcəyini, “brexit”dən sonra bank və maliyyə sahəsində hansı qaydaların qüvvədə olacağını hələ heç kəs dəqiq bilmir.