XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

24 Aprel 2015 - 05:08

Putin İrəvana gəldi: Ollandla görüş əsas prioritetdir – FOTO

putin yerevan.jpg

Rusiya prezidenti Vladimir Putin Putin uydurma “erməni soyqırımı”nın 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün İrəvana səfər edib.

Strateq.az “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, Putinin bu gün səhər saatlarda Fransa, Serbiya, Kipr və s. ölkələrin rəhbərlərinin iştirak edəcəyi tədbirlərə qatılacağı gözlənilir.

Prezidentin köməçkisi Uşakovun verdiyi məlumata görə, səfər çərçivəsində Putin və Fransua Ollandın görüşü nəzərdə tutulub. Müzakirələrin əsas mövzusu Ukraynadakı vəziyyə, həmçinin elikopter daşıyan “Mistral” gəmilərinə dair danışıqların aparılacağı gözlənilir.

Görüşdə həmçinin Yaxın Şərqdəki vəziyyət müzakirə ediləcək.

Bu günə həmçinin Putinin erməni həmkarı Serj Sarkisyanla görüşü nəzərdə tutulub. Onların ikitərəfli əməkdaşlığa və aktual regional problemlərə dair məsələlər ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.