XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

08 Sentyabr 2018 - 19:32

“Müsəlman qardaşlar”ın 75 üzvü ölüm cəzasına məhkum edilib- Misirdə

Qahirə Cinayət Məhkəməsi “Müsəlman qardaşlar” terror təşkilatının liderləri Məhəmməd əl-Beltaqi, Safuat Hicazi, İssan əl-Aryan və bu təşkilatın daha 72 üzvü barəsində 2013-cü ildə hüquq-mühafizə orqanlarına silahlı müqavimətin təşkil edilməsi barədə iş üzrə ölüm hökmünü təsdiq edib. Onlar həm də mülki şəxsləri və asayiş keşikçilərini qətlə yetirməkdə və onların qətlini planlaşdırmaqda ittiham edilirlər. Müəyyən olunmuş prosedur qaydalarına uyğun olaraq, Misirin ali müftisi ölüm hökmünü təsdiq edib.

Azərtac xəbər verir ki, bu iş üzrə 739 nəfər, o cümlədən “Müsəlman qardaşlar” təşkilatının 47 üzvü ittiham olunur. Müttəhimlərdən Məhəmməd Badia, İssam Sultan, Bassem Ouda ömürlük həbs cəzasına məhkum ediliblər. Onlar hamısı ölkədə sabitliyi pozmağa cəhd göstərməkdə, dövlət quruluşunu sarsıtmaqda, polis məntəqələrinə və dövlət obyektlərinə hücum etməkdə, polisləri qətlə yetirməkdə və onların qətlini planlaşdırmaqda ittiham olunur. Daha 374 müttəhimin hərəsi 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Məhəmməd Mursinin oğlu və daha 22 “qardaş” hərəsi 10 il, 215 nəfərin hərəsi 5 il həbs cəzasına məhkum edilib. Müttəhimlərdən 5 nəfərin barəsində məhkəmə işlərinə onların ölümü ilə əlaqədar xitam verilib.