XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

08 Sentyabr 2018 - 19:53

Prezident seçkilərinin ikinci turunda Timoşenko və Poroşenko mübarizə aparacaq- Sorğu

Ukraynada prezident postuna potensial namizədlər siyahısına sabiq Baş nazir, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko və hazırkı dövlət başçısı Petro Poroşenko liderlik edirlər.

Azərtac xəbər verir ki, Mixail Draqomanov adına Sosioloji Mərkəzin apardığı sorğuya əsasən, respondentlərin 15,7 faizi Y.Timoşenkoya, 12,3 faizi isə P.Poroşenkoya səs veriblər.

Mərkəzin proqnozuna görə, hər iki namizəd ikinci turda yarışmalı olacaq. Prezidentliyə iddialı namizədlərdən üçüncü yeri isə sabiq müdafiə naziri, “Qrajdanskaya pozitsiya” partiyasının rəhbəri, deputat Anatoliy Qriçenko tutur. O, daha çox qərbi Ukraynadan dəstək alıb.