XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

08 Sentyabr 2018 - 20:58

İraq ordusuna Bəsrədə iğtişaşların qarşısını qətiyyətlə almaq əmri verilib

İraq Silahlı Qüvvələrinin birgə əməliyyatlar komandanlığı orduya və təhlükəsizlik orqanlarının əməkdaşlarına ölkənin cənubunda yerləşən Bəsrə şəhərində dinc etiraz aksiyalarını müşayiət edən iğtişaşların qarşısını qətiyyətlə almağı əmr edib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu qərar komandanlığın sentyabrın 7-də İraq ordusunun ali baş komandanı Baş nazir Heydər əl-Əbadinin sədrliyi ilə keçirilən iclasında qəbul olunub.

Bir qədər əvvəl ərəb KİV-ləri Bəsrədə fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi və şəhərə ordunun gücləndirilmiş xüsusi təyinatlı qüvvələrinin yeridildiyi barədə məlumat yayıb.

İçməli su qıtlığı, kütləvi zəhərlənmələr və elektrik enerjisində yaranan fasilələrdən əziyyət çəkən Bəsrə şəhərində son günlər vəziyyət xeyli gərginləşib. Yaşayış səviyyəsindən narazı olan şəhər əhalisi artıq bir neçə aydır ki, hökumət əleyhinə aksiyalar keçirirdi. Sentyabrın 4-də etirazların yeni dalğası başlayıb. Bir neçə gün davam edən iğtişaşlar nəticəsində 10-a yaxın insan həlak olub.

Sentyabrın 7-də şəhərdə keçirilən etiraz aksiyalarında 20 min nəfərdən çox insan iştirak edib. Etirazçılar dövlət müəssislərini, siyasi partiyaların mənzil-qərargahlarını, silahlı birləşmələrin filiallarını yandırıb, İran konsulluğuna hücum edib və “Qərbi Kurna-2” neft kompleksinin ərazisinə daxil olublar.