XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

08 Sentyabr 2018 - 21:44

Qətər:"Bu il qlobal LNG tələbatı 11 faiz artacaq"

Körfəz ölkəsi olan Qətər 2017-ci ildə olduğu kimi bu il də qlobal mayeləşdirilmiş təbii qaz (LNG) tələbatının 11 faiz səviyyəsində artacağını proqnozlaşdırır.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Qətərin energetika naziri Mohammed al-Sada Çin hökuməti və ABŞ arşındakı ticari gərginliyin artmasına baxmayaraq 2018-ci ildə Asiya ölkəsinin LNG tələbatının 20-25 faiz artacağını gözlədiyini deyib.

“2017-ci ildə Koreya Respublikasını geridə qoyaraq dünyanın ikinci ən böyük LNG idxalçısı olan Çinin keçən il 46 faiz çoxalan maye qaz tələbatının bu il daha çox artacağı proqnozlaşdırılır. Çinin LNG tələbatı 20-25 faiz və daha çox arta bilər”, – deyə nazir bildirib.

Dünya Qaz İttifaqının məlumatına görə, ötən il qlobal LNG idxalında 83,3 milyon tonla (32 faiz) Yaponiya ilk sırada qərarlaşıb. Keçən il dünyada ən çox LNG ixrac edən ölkə isə 77,2 milyon tonla Qətər olub.