XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

09 Sentyabr 2018 - 13:52

Fransada on minlərlə insan küçələrə çıxdı –Etirazçılar hökumətdən ətraf mühitin qorunmasını tələb edirlər

Fransada on minlərlə insan ətraf mühitin qorunması tələbilə aksiya keçirib.

Bu barədə “Report” TASS-a istinadla xəbər verir.

Xəbərdə bildirilir ki, iqlim dəyişiklikləri və ətraf mühitin mühafizəsi tələbi ilə keçirilən kütləvi aksiyalar ölkənin bir neçə şəhərində təşkil olunub. Polisin sözlərinə görə, Parisdə keçirilən nümayişdə 18,5 min nəfər iştirak edib. Təşkilatçılar isə aksiyada 50 min nəfərin iştirak etdiyini bildiriblər.

Analoji aksiyalar habelə digər şəhərlərdə də keçirilib. Müxtəlif hesablamalara görə, Lionda keçirilən aksiyada 10 min nəfəri bir araya gətirib. Marsel küçələrinə 2,5 min nəfərə qədər nümayişçi çıxıb. Renddə bu rəqəm 5 min nəfərə qədər, Strasburqda isə 3,8 min nəfərə qədər dəyişib.