XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

08 Fevral 2016 - 15:18

Putin Xəzər və Qara dəniz donanmalarına 1 nömrəli döyüş hazırlığı əmri verdi

donanm8Bu gün səhər saatlarında Rusiya prezidenti Vladimir Putin Cənub Hərbi dairəsinin qoşunlarına, o cümlədən Xəzər və Qara dəniz donanmalarının qüvvələrinə 1 nömrəli döyüş hazırlığı əmri verib.

Virtualaz.org interfaks.ru-ya istinadən xəbər verir ki, döyüş hazırlığının qəfil yoxlanılması əmrinə əsasən, hava-desant qoşunlarnın və nəqliyyat aviasiyasının əlahiddə hissələri də poliqonlara çıxarılacaq.

“Ali baş komandanın əmrinə əsasən, bu gün səhər saat 5-dən Cənub Hərbi dairəsinin qoşunları, hava-desant qoşunlarının əlahiddə hissələri, hərbi-nəqliyyat aviasiyası “tam” döyüş hazırlığı vəziyyətinə gətirilib. Həmin saatdan etibarən biz Cənub-Qərb strateji istiqamətində qoşunların qəfil döyüş hazırlığı yoxlanışını həyata keçiririk”, – deyə Müdafiə naziri Sergey Şoyqu bu barədə bildirib.

Cənub hərbi dairəsinin tərkibinə Rusiyanın Ermənistandakı 102-ci bazası, o cümlədən İrəvan yaxınlığındakı aviabazası, Gürcüstanın Cənubi Osetiya və Abxaziya separatçı bölgələrində dislokasiya olunmuş qoşunlar, Azərbaycanla sərhəd regionlarda dislokasiya olunmuş qüvvələr, o cümlədən Dağıstan və Krasnodarda cəmləşdirilmiş qoşunlar daxildir.

Müdafiə naziri deyib ki, qəfil yoxlamanın məqsədi müxtəlif xarakterli böhranlı vəziyyətlərdə qoşun hissələrinin döyüş qabiliyyətini yoxlamaqdır. Qəfil manevrlər çərçivəsində aviasiya qüvvələrinin və hava-hücumundan müdafiə qoşunlarının döyüş hazırlığı da yoxlanılacaq. Şoyqu poliqonlara “praktiki bombalama” tapşırıqlarının yerinə yetirilməsinə hazır olmaq əmri verib.

Manevrlər çərçivəsində əlahiddə desant hissələri poliqonlara daşınacaq. Hərbçilər havadan desant atılmasının müxtəlif variantlarını sınaqdan keçirəcək. Xəzər və Qara dəniz donanmalarının gəmiləri də dəniz poliqonlarına çıxarılacaq. Onlar təyin olunmuş rayonlarda praktiki vəzifələrin yerinə yetirilməsini sınaqdan keçirəcəklər.

Manevrləri yoxlamaq üçün silahlı qüvvələrin Baş qərargahında iki işçi qrup yaradılıb. Müdafiə nazirinin müavini Antonov isə xarici dövlətlərin hərbi attaşelərini qəfil manevrlər barədə məlumatlandırmaq əmri alıb.

Rusiya prezidenti bundan əvvəl də qoşun hissələrinin bu cür qəfil yoxlanışını həyata keçirib. Hər dəfə Rusiya ordusunun qəfil manevrləri NATO-da və Qərbdə narahatlıqla izlənilir.