XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

09 Sentyabr 2018 - 19:59

Prezident yüngül yaralanıb, anasının durumu ağırdır –Dodonun qəzaya düşmüş avtomobilinin görüntüləri yayıldı (Foto, video)

Moldova prezidenti İqor Dodon paytaxt Kişinyovun şimal-qərbində baş vermiş avtomobil qəzasında yaralanıb.

Yerli media yazır ki, qəza yük avtomobilinin Straseni şəhərinin yaxınlığında prezident korteji ilə toqquşması nəticəsində baş verib.

Prezident Dodonun yüngül zədə aldığı deyilsə də, Moldova mediası prezidentin anasının vəziyyətinin ciddi olduğunu bildirir.

43 yaşlı prezident keçmiş Sovet Respublikasına 2016-cı ildən başçılıq edir. Sosial mediada paylaşılan şəkillər avtomobilin yolun kənarına aşdığını göstərir.