XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 September 2018 - 21:30

Rusiyada 300-ə qədər adam saxlanılıb –Pensiya islahtlarına qarşı çıxanlara qarşı polis sərt davranıb

Rusiyada müxalifət lideri Alexsey Navalnının minlərlə tərəfdarı nümayişə çıxıblar. “Azadlıq” rradiosunun rus xidməti yazır ki, 300-ə qədər adam saxlanılıb. Polisin, Moskva və Sankt -Peterburqda güc tətbiq etdiyi bildirilir.

Rusiyanı pensiya islahatlarına qarşı nümayişlər bürüyüb. Sentyabrın 9-da, paytaxt Moskvada və regionlarda aksiyalar başlayıb, saxlananlar var. Bu aksiyalara çağırışı müxalifət lideri Aleksey Navalny edib. Navalny özü ictimai asayişi pozmaqda ittiham edilərək, 30 günlüyə həbs olunub, türmədədir.

Hazırda Rusiyada qadınlar üçün pensiya yaşı 55, kişilər üçün 60-dır. İyulun ortasında Dövlət Duması təqaüd yaşının kişilər üçün 65, qadınlar üçün 63-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Putin qadınlara güzəşt edib, qadınların yaşın 60-a salıb, kişilər üçün yaşın endirilməsi barədə danışmayıb. Yəni, qanun bu şəkildə təsdiqlənsə, Rusiyada kişilər 65, qadınlar isə 60 yaşından pensiyaya çıxa biləcəklər.