ABŞ Milli Qasırğa Mərkəzi növbəti həftə “Florens” tropik qasırğasının ölkənin şərq sahillərinə yaxınlaşacağı ilə bağlı xəbərdarlıq yayımlayıb. Ekspertlər qasırğanın hazırda sahildən 2 min 414 km uzaqlıqda, Atlantik okeanında olduğunu bildirir.
I kateqoriyaya aid edilən qasırğa təhlükəsi səbəbindən Virciniya, Cənubi Karolina və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət rejimi elan edilib.
Qasırğanın Corciya ştatına da çatacağı istisna edilməyib. (modern.az)