XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

09 Sentyabr 2018 - 23:39

ABŞ Deyr-əz Zor-a aviazərbələr endirib –Fosforlu bombalarla

ABŞ Hərbi Hava Qüvvələrinin iki qırıcısı sentyabrın 8-də Suriyanın Deyr-əz-Zor əyalətinə fosforlu döyüş sursatları ilə zərbə endirib.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəhbəri general-leytenant Vladimir Savçenko məlumat verib.

“Amerika aviasiyasının F-15 təyyarələri sentyabrın 8-i fosforlu yandırıcılı döyüş sursatlarından istifadə etməklə Deyr-əz-Zor əyalətinin Hacin yaşayış məntəqəsinə zərbə endirib”, – deyə o bildirib.

Savçenko qeyd edib ki, zərbələr nəticəsində güclü yanğınlar baş verib, ölən və yaralananlar barədə məlumat dəqiqləşdirilir. O həmçinin xatırladıb ki, bu kimi sursatların tətbiqi 1949-cu il tarixli Cenevrə konvensiyasına əlavə protokol ilə qadağan edilir.