XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

10 Sentyabr 2018 - 10:45

ABŞ-ın vitse-prezidenti qəzəbləndi:“Trampın əleyhinə anonim yazını mən yazmamışam”

 

ABŞ-ın vitse-prezidenti Mayk Pens bazar günü bildirib ki, Tramp administrasiyası daxilində müqavimət göstərən anonim yüksək səviyyəli rəsmi “ləyaqətli şəkildə hərəkət etməli və istefa verməlidir”.

Pens Fox tele-kanalının bazar günü proqramında müsahibədə deyib ki, New York Times qəzetində Trampı əxlaqsız insan adlandıran anonim məqaləni yazan şəxs “təkcə prezidentə deyil, konstitusiyaya verdiyi andı pozur”.

Pens bir daha məqaləni yazmadığını təkrar edib. Lakin qəzetin məqaləsində onun dəfələrlə çıxışlarında işlətdiyi qeyri-adi “lodestar” (yol göstərən ulduz) işlədilib. Vitse-prezident yalan detektorunda yoxlamadan keçməyə hazır olduğunu bildirib. O deyib ki, məqalənin müəllifinin kim olduğunu müəyyən etmək üçün Ağ Evin başqa rəsmilərinin də bunu edib-etməməsi haqda qərarı Tramp verə bilər.

Pensin sözlərinə görə, o, məqalə müəllifinin kim olduğunu bilmir.

“New York Times” qəzetində dərc edilmiş məqalənin müəllifi özünü Tramp administrasiyası daxilində “prezidentin gündəliyi və onun mənfi impulslarının qarşısını almaq üçün səy göstərərək çalışan müqavimətin bir hissəsi olduğunu” iddia edib.

“Problemin kökü prezidentin əxlaqsızlığındadır” yazan müəllif prezidentin “impulsiv, ziddiyyətli, cılız və qeyri-effektiv” liderliyini tənqid edib.

Məqalə veteran araşdırmaçı jurnalist Bob Vudvordun Tramp administrasiyası haqda “Qorxu: Ağ Evdə Tramp” adlı kitabının bəzi hissələrinin ictimaiyyətə açıqlanmasından bir gün sonra dərc edilib. Kitabda Trampın idarəçiliyi altında Ağ Evdə qarışıqlıq təsvir edilir, administrasiya rəsmilərinin isə Trampı “dünya məsələlərindən təhlükəli bir səviyyədə başı çıxmayan” bir insan hesab etdiyi deyilir.

Tramp “New York Times” qəzetindəki məqalə və Bob Vudvordun kitabına qəzəbli reaksiya göstərib. O, “New York Times” qəzetindən anonim məqalə yazan administrasiya rəsmisinin adını açıqlamasını tələb edib. (Amerikanın Səsi)