XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

10 Sentyabr 2018 - 14:15

Gürcüstan və Ermənistanın baş nazirləri görüşdü –Əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub

 

Ermənistanda rəsmi səfərdə olan Gürcüstanın baş naziri Mamuka Baxtadze bu ölkənin baş naziri Nikol Paşinyanla görüşüb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb. Məlumata əsasən, baş nazirlər təkbətək görüşdə iki ölkə arasında mehriban qonşuluq münasibətlərini və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.

Təkbətək görüşdən sonra danışıqlar hər iki ölkənin hökumət üzlərinin iştirakı ilə geniş tərkibli formatda davam etdirilib. Tərəflər Gürcüstan və Ermənistan arasında iqtisadi-ticari əlaqələrin dərinləşdirilməsi potensialını, turizm və energetika sahələrində əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.