XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2018 - 16:05

Misirin təhlükəsizlik qüvvələri 11 terrorçunu məhv edib

Misirin təhlükəsizlik qüvvələri antiterror əməliyyatları çərçivəsində Sinay yarımadasının şimalında, Əl-Əriş şəhərində baş verən atışmada 11 terrorçunu məhv edib.

AZƏRTAC xəbər verir ki, təhlükəsizlik qüvvələrindəki mənbənin məlumatına görə, terrorçu qrup Əl-Əriş şəhərinin Cəsr əl-Vadi rayonunda nəzarətsiz yanacaqdoldurma stansiyasında gizlənibmiş. Terrorçuların yeri barədə operativ məlumat alaraq oraya gedən təhlükəsizlik qüvvələri döyüşçülər tərəfindən atəşə tutulub. Cavab atəşi nəticəsində 11 terrorçu, o cümlədən terror qruplaşmasının iki xüsusi təhlükəli lideri məhv edilib. Hadisə yerində avtomat silahlar, xeyli sayda döyüş sursatları və 2 ədəd əldəqayırma bomba aşkarlanıb.