XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

10 Sentyabr 2018 - 18:28

İran prezidentini ölümlə hədələyən 5 din xadimi saxlanılıb

 

İranın Qum Fevziyyə mədrəsəsinin 5 din xadimi prezident Həsən Ruhaniyə əleyhinə plakata görə saxlanılıblar.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onlar Həsən Ruhanini ölümlə hədələyiblər.

Həmin din xadimləri əllərində “Ey müzakirə tərəfdarı, hovuz səni gözləyir!” şüarı yazılan plakat tutublar.

Qeyd edək ki, İranın sabiq prezidenti Əliəkbər Haşimi-Rəfsəncani 2017-ci ilin yanvarında hovuzda ölüb. Lakin rəsmi açıqlamada onun ürək çatışmazlığından öldüyü bildirilib. Mərhumun qızı Faizə Haşimi atasının ölümünün təbii olmadığını və bu məsələdə indiyədək aşkarsızlığın davam etdiyini iddia edir.

Sağlığında Ə.Haşimi-Rəfsəncani Qərblə əlaqələri inkişaf etdirməyə can atan siyasilərdən biri kimi tanınırdı. Buna görə də onun ölməsi səbəbinə şübhə qalır. Odur ki, din xadimlərinin plakatını islahatçı cinah Həsən Ruhaninin təhdid edilməsi kimi dəyərləndiriblər.