XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

10 Sentyabr 2018 - 22:02

Tbilisidə parlamentin binası önündə etiraz aksiyası başlanıb –FOTO

Sentyabrın 10-da Tbilisidə parlamentin binası önündə etiraz aksiyası keçirilir.

AZƏRTAC xəbər verir ki, aksiyanı 2017-ci ilin dekabrında Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş yeniyetmə David Saralidzenin atası Zaza Saralidze başlayıb.

Zaza Saralidze bildirib ki, aksiyaya öldürülən digər yeniyetmənin valideynləri ilə yanaşı, ötən ilin sonunda Pankisidə keçirilmiş xüsusi əməliyyat zamanı ölən Temerlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili də qoşulub.

O deyib: “Mən bu gündən etibarən aclıq aksiyasına başlayıram. Ədalət bərpa olunmayanadək burada qalacağam”.

Xatırladaq ki, 2017-ci il dekabrın 1-də kütləvi dava zamanı Tbilisidə 51 saylı məktəbin şagirdləri David Saralidze və Levan Dadunaşvili qətlə yetirilib. Bu ilin may ayında məhkəmənin qəbul etdiyi qərar Gürcüstan ictimaiyyətinin kəskin etirazına səbəb olmuşdu. İyun ayında Z.Saralidzenin təşkilatçılığı ilə Tbilisidə parlament binası qarşısında davamlı olaraq bir neçə kütləvi aksiya keçirilib.

Məktəblilərin qətli ilə bağlı parlament istintaq komissiyası yaradılıb. Z.Saralidze komissiyanın fəaliyyətindən narazı olduğunu bildirib.