XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

24 Aprel 2015 - 05:57

Nemtsovun qətlində şübhəli bilinən 8 nəfərin adı ABŞ Konqresinə təqdim edilib

kasyanov.jpg

Rusiya müxalifət partiyası olan “RPR-Parnas”ın lideri, eks-baş nazir Mixail Kasyanov Boris Nemtsovun qətlində, ona qarşı böhtan kampaniyasında iştirakı etmiş 8 nəfərin adını ABŞ Konqresinə təqdim edib.

Strateq.az bildirir ki, ABŞ-da olan Kasyanovun sözlərinə görə rus müxalifəti hesab edir ki, bu siyahıda olan şəxslər Nemtsovun qətlinə səbəb olan adamlardır. O, siyahıdakı şəxslərin adlarını açıqlamayıb. KİV-də yayılan ehtimallara görə bu siyahıya bir sıra vəzifəli şəxslər və tanınmış jurnalistlər daxil edilib.

Bu adlar “Maqnitsiki siyahısı” adı ilə məşhur olan siyahıya əlavə ediləcəyi guman olunur.

X. SƏFƏRLİ