XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 September 2018 - 17:32

Tehran hədələdi:"İranlı alimlərə hücumlar olsa..."

İranın nüvə sahəsində məşğul olan alimlərinə yeni hücumlar baş verəcəyi təqdirdə Tehran sərt addımlar atacaq.

Trend-in məlumatına görə, bunu İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.

Salehi bəyan edib ki, bu cür hücumların cavabları çox sərt olacaq.

Xatırladaq ki, 2010-2012-ci illərdə İranın nüvə proqramı ilə məşğul üç alimi partlayışlar nəticəsində həlak olmuşdu.

İran bu hadisələrdə ABŞ və İsraili günahlandırmışdı.