XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

11 Sentyabr 2018 - 19:41

Mövlud Çavuşoğlu:"Suriyanın problemlərin güc yolu ilə həllinə meyl göstərir"

“Suriyanın İdlib vilayətində terrorçu qruplaşmaların fəaliyyətinə son qoymaq üçün beynəlxalq əməkldaşlıq vacibdir”.

“Report” “Sputnik-Türkiyə”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Buxarestdə Rumıniya-Polşa-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında çıxışı zamanı deyib.

O, Suriya hökumətinin siyasi həll səylərini nəzərə almayaraq, problemləri sırf güc yolu ilə nizamlamağa meyl göstərdiyini diqqətə çatdırıb: “Suriyada sülhün bərqərar olması üçün Türkiyə bütün tərəfdaşlarla, ilk növbədə, Rusiya və İranla iki və üçtərəfli formatda məqsədyönlü danışıqlar aparır. Biz Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik, amma buməqsədlə dinc sakinlərin öldürülməsindən narahatıq”.