Atlantik okeanından yaxınlaşan “Florens” qasırğası səbəbindən şəhər rəhbərliyi Vaşinqtonda fövqəladə rejim elan edib.
Trend-in məlumatına görə, şəhər meri Müriel Bouzer “Twitter” səhifəsində bununla bağlı sərəncam imzaladığını yazıb.
Qeyd edək ki, artıq dünən “Florens” qasırğasının ABŞ-ın cənub-şərq sahillərinə doğru irəliləməsi barədə ABŞ-ın qasırğalara nəzarət Milli Mərkəzi xəbərdarlıq edib.
Qasırğanın sentyabrın 13-də ABŞ-a çatacağı bildirilir.
Güclü küləyin surətinin saatda 165 km-ə çatacağı proqnozlaşdırılır.