XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

11 Sentyabr 2018 - 20:53

İngiltərədə uçan taksilər fəaliyyətə başlayacaq- 2022-ci ildə

İngiltərənin “Vertical Aerospace” şirkətinə məxsus uçan taksilər 2022-ci ildə fəaliyyətə başlayacaq.

Azərtac xəbər verir ki, şirkətin hazırladığı model hazırda 300 kilometr-saat sürətlə 160 kilometr məsafə qət edə bilir. Lakin taksilər xidmətə başlayanadək bu məsafənin 500 kilometrə çatdırılması nəzərdə tutulub. Bu taksilər vasitəsilə Şotlandiyanın paytaxtı Edinburqa və Fransanın paytaxtı Parisə getmək mümkün olacaq.

Şirkətdən verilən məlumata görə, taksilər pilotlar tərəfindən idarə ediləcək və hava yolları qanunlarına tabe olacaq.