XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

11 Sentyabr 2018 - 21:53

Efiopiya və Eritreya nəqliyyat üçün sərhədləri yenidən açıb- İyirmi ildən sonra

Eritreya Prezidenti İsayas Afevorki və Efiopiyanın Baş naziri Abiy Əhməd 20 ildən sonra Afrikanın iki dövləti arasında nəqliyyat yolu üçün sərhədləri yenidən açıblar.

Azərtac xəbər verir ki, bu barədə Eritreyanın informasiya naziri Yemane Meskel özünün “Twitter”dəki mikrobloqunda yazıb.

Xatırladaq ki, iyulun 8-də Efiopiyanın Baş naziri Abiy Əhməd Eritreyanın paytaxtı Əsmərada olub, burada iki dövlət arasında 1998-ci ildən davam edən sərhəd münaqişəsinin dayandırılması barədə tarixdə ilk dəfə danışıqlar keçirilib. Sülh və dostluq barədə Bəyannamənin imzalanmasından sonra ölkələr diplomatik və ticarət əlaqələrinin bərpasına başlayıblar. Efiopiya sentyabrın 6-da iyirmi ildən sonra Eritreyada səfirliyini yenidən açıb.