XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

12 Sentyabr 2018 - 11:24

Matteo Salvini:"İtaliya BMT üçün ayrılan maliyyənin miqdarını azalda bilər"

İtaliyanın Baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini ölkəsinin BMT-yə ayırdığı maliyyənin miqdarını azaltmağı müzakirə edəcəyini bildirib.

Azərtac ANSA agentliyinə istinadla xəbər verir ki, Matteo Salvini bu fikri BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçeletin İtaliyaya miqrantlarla bağlı monitorinq qrupunu göndərəcəyi barədə bəyanatından sonra deyib.

“Hər il BMT-nin hesabına 100 milyon avrodan çox pul ödəyən İtaliya hökuməti bu vəsaitlərdən nə dərəcədə məqsədəuyğun istifadə edildiyinin yoxlanılmasını zəruri hesab edir. BMT nədənsə bir sıra ölkələrdə tətbiq edilən ölüm cəzası, işgəncə və qeyri-humanist davranışlar kimi ciddi problemlərə nəzər yetirmir. O, monitorinq komissiyasını həmin ölkələrə göndərməlidir. İrqçiliyi İtaliyada yox, başqa yerdə axtarın”, – deyə daxili işlər naziri Matteo Salvini bildirib.

“İtaliyada Afrika mənşəli miqrantlara və qaraçılara təzyiqlər, irqçilik və zorakılığın artması barədə məlumatları dəyərləndirmək üçün oraya monitorinq qrupu göndərmək niyyətindəyik”,- deyən Mişel Baçelet Avstriyada da eyni məqsədlə monitorinq aparılacağını söyləyib.