XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 February 2016 - 14:10

Putinə qarşı məşhur etiraz aksiyasının iştirakçısı azadlığa buraxılıb

bolotnikkov2012-ci ildə Moskvada Bolotniy meydanındakı iğtişaşlara görə həbs olunmuş müxalifət fəalı Aleksandr Marqolin azadlığa buraxılb.

Strateq.az ria.ru-ya istinadən bildirir ki, bu barədə Marqolinin vəkili məlumat verib. Bundan əvvəl Ryazan məhkəməsi onun şərti azadlığa buraxılması barədə qərar qəbul etmişdi. Prokurorluq bu qərara etiraz etməyib. Nəticədə müxalifət fəalı azadlığa çıxıb.

Qeyd edək ki, 2012-ci ilin may ayında Rusiya müxalifətinin keçirdiyi “milyonların marşı” aksiyası zamanı qarşıdurma yaranmışdı. 10-dan artıq müxalifət lideri saxlanmışdı.