XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 September 2018 - 15:14

İraqda partlayış:5 nəfər ölüb, 32 nəfər yaralanıb

İraqın Tikrit şəhərindən şimalda bomba yüklü avtomobilin partladılması nəticəsində azı 5 nəfər həlak olub, 32 nəfər isə xəsarət alıb.

Azərtac xəbər verir ki, Al-Sumaria telekanalının yaydığı məlumata görə, partlayış “əl-Qala” restoranın yaxınlığında törədilib. Həlak olanların və yaralananların sayı barədə İraq Səhiyyə Nazirliyinin nümayəndəsi Seyf əl-Bədr açıqlama verib.

Yaralılar yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıb.