İranın keçmiş vitse-prezidenti İsfəndiyar Rəhim Məşai 6 il yarım azadlıqdan məhrum edilib.
“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, cəzanın 5 ili ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı fəaliyyətə görə verilib.
Sabiq vitse-prezident açıqlanmayan daha iki ittiham üzrə isə bir il və altı ay azadlıqdan məhrum olunub.
Qeyd edək ki, həmin ittiham üzrə İranın eks-prezidenti Mahmud Əhmədinejatın mətbuat və ictimai əlaqələr üzrə müşaviri Əliəkbər Cavanfekr 4 il müddətinə azadlıqdan məhrum edilib.
İsfəndiyar Rəhim Məşai 2005-2013-cü illərdə prezidentin müşaviri və vitse-prezident vəzifələrini tutub. O, 2018-ci ilin martında Mahmud Əhmədinejatın tərəfdarı Həmid Bakainin müdafiə etidiy üçün tutulub. H.Bakai dövlət əmlakını xərclənməsində sui-istifadəyə yol verdiyi üçün 15 il azadlıqdan məhrum olunub. Sentyabrın 11-də ona həbs müddəti daha 6 ay uzadılıb.