XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

13 Sentyabr 2018 - 17:12

“Moody’s”:"Dollar yaxın gələcəkdə dünyanın ehtiyat valyutası mövqeyini itirməyəcək"

ABŞ dollarının ölkələr üzrə ehtiyatlarında və beynəlxalq ticarətdə payı azalsa belə, o, yaxın gələcəkdə də dünyanın ehtiyat valyutası statusunu qoruyacaq.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə proqnoz “Moody’s” reytinq agentliyi ekspertlərinin icmalında əksini tapıb.

Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, hazırda dünyanın valyuta ehtiyatlarının 63 faizi dollar, 20 faizi isə avro şəklində toplanıb. İstənilən digər valyutaların payı isə 5 faizə çatmır. Bununla belə, “Moody’s” reytinq agentliyi gələcəkdə dollara alternativ valyutanın daha populyar ola biləcəyini də istisna etmir. Belə ki, əgər avronun Asiya və Latın Amerikası bazarlarında mövqeyi güclənsə, Avropa İttifaqı isə maliyyə institutlarının mövqeyini möhkəmlətsə, bu valyutanın ehtiyatlardakı payı arta bilər.

Ekspertlər, həmçinin hesab edirlər ki, qısamüddətli perspektivdə yuanın (Çin valyutası) dünya ehtiyatlarında payının artması az inandırıcı görünür. Bununla yanaşı, Çinin digər ölkələrlə əlaqələrinin güclənməsi bu valyutanın ödəniş vasitəsi kimi daha fəal istifadəsinə gətirib çıxaracaq.