XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

13 Sentyabr 2018 - 19:46

ABŞ-da gözlənilən 1400-dək aviareys ləğv olunub- Səbəb

ABŞ-ın cənub-şərqində “Florens” qasırğasının yaxınlaşması səbəbindən 1,4 min aviareys ləğv olunub.

Azərtac xəbər verir ki, “USA Today” qəzetinin yaydığı məlumata görə, regionun sahil rayonlarında yerləşən hava limanlarının əksəriyyəti, o cümlədən Cənubi Karolina ştatının Çarlston və Şimali Karolina ştatının Uilminqton aeroportları bağlanıb. Həmin hava limanları sentyabrın 15-dək işləməyəcək.

Atlantik okeanında yaranan “Florens” qasırğası gücünə görə 5 ballıq Saffir-Simpson cədvəli üzrə ikinci kateqoriyayadək zəifləyib və saatda 27 kilometr sürətlə ABŞ-ın cənub-şərqinə yaxınlaşır. Onun sentyabrın 14-də Amerika sahillərinə çatacağı gözlənilir. Bu səbəbdən Virciniya, Merilend, Cənubi Karolina və Şimali Karolina ştatlarında, həmçinin ölkənin paytaxtı Vaşinqtonda fövqəladə vəziyyət rejimi elan edilib.

Mövsümün ən təhlükəli qasırğasının yolu üzərində 10 milyondan çox insan yaşayır. Bir neçə gündür ki, sahil rayonlarından əhalinin məcburi təxliyəsi başlayıb.