XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

13 Sentyabr 2018 - 20:47

NATO rəhbərliyinin iştirakı ilə qapalı iclas keçirilib- Ukraynada

Sentyabrın 13-də Ukraynanın Nazirlər Kabinetində NATO baş katibinin siyasi təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Alexandro Alvarqonsalesin iştirakı ilə qapalı iclas keçirilib.

Azərtac xəbər verir ki, tədbirdən sonra mətbuata açıqlama verən Alexandro Alvarqonsales iclasda Ukrayna ilə qurum arasında əməkdaşlıqla bağlı bir sıra vacib məsələlərin müzakirə olunduğunu bildirib.

Ukrayna Baş nazirinin müavini İvanna Klimpuş Tsinçadze jurnalistlərə deyib ki, iclasda ölkəsinin NATO-ya üzvlüyü üçün hansı işləri görməyin vacibliyinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Petro Poroşenko artıq sentyabrın 3-də parlamentə konstitusiyaya dəyişikliklər edilməsi haqqında qanun layihəsini təqdim edib. Layihədə Ukraynanın Avropa İttifaqına və NATO-ya inteqrasiya kursunun dönməz xarakter daşıdığı əks olunub.