XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 September 2018 - 23:14

ABŞ Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə hazırlaşır- Açıqlama

ABŞ bu ilin noyabr ayından Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar tətbiq etməyə hazırlaşır.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Nümayəndələr Palatasında dinləmələr zamanı dövlət katibinin köməkçisi Manişa Sinqh bildirib.

Onun sözlərinə görə, buna səbəb Rusiyanın öz ərazisində kimyəvi və bioloji silah istehsalı ilə bağlı obyektlərdə təftişə yol verməməsidir.

M.Sinqh qeyd edib ki, daha əvvəl birinci mərhələ sanksiyalar nəticəsində Rusiya on milyardlarla dollar həcmində maliyyə itkiləri ilə üzləşib.