XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

14 Sentyabr 2018 - 09:11

XİN:"Rusiya Xəzərin dibi ilə magistral boru kəmərlərinin çəkilməsini planlaşdırmır

Rusiya Xəzər dənizinin dibi ilə magistral boru kəmərlərinin çəkilməsini planlaşdırmır.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov bildirib.

“Əslində, Rusiya və digər sahilyanı ölkələrinin Xəzərin dibi ilə müxtəlif təyinatlı minlərlə kilometr boruları çəkilib. Bu cür texniki boruların sayı yalnız çoxalacaq. Magistral, transxəzər borulara gəlincə isə, onların çəkilməsi planlarımızda yoxdur”, – deyə Bratçikov “Kommersant” qəzetinə müsahibəsində bildirib.