XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

14 Sentyabr 2018 - 10:19

Lavrov:"ABŞ elitasındakı “rusofoblar” münasibətlərimizi əngəlləyir”

 

“Moskva Birləşmiş Ştatlarla münasibətləri pat vəziyyətdən qurtarmağa hazırdır.  Amma ABŞ isteblişmentindəki “rusofobiya” bunu əngəlləyir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Lavrov sentyabrın 14-də Berlinə səfəri zamanı Almaniya liderləri ilə danışıqlar aparacaq. O, Almaniyanın dpa agentliyinə bildirib ki, “ABŞ prezidenti Donald Trampın ölkələrimiz arasında normal dialoq qurmaq niyyətinə dair bəyanatlarına ciddi yanaşırıq”.

“ABŞ liderindən gələn müsbət impulsları ABŞ isteblişmentindəki artan rusofobiya ört-basdır edir, onlar ölkəmizi Birləşmiş Ştatların siyasi üstünlüyünə təhdid kimi görürlər”, – Lavrov deyib. (Azadlıq Radiosu)