XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

15 Sentyabr 2018 - 10:03

Skripalları zəhərləməkdə təqsirləndirilənlər danışıblar- İngiltərəyə turist kimi getdiklərini deyiblər

Sabiq rus kəşfiyyatçısı Sergey Skripalı və onun qızını zəhərləməkdə təqsirləndirilən Rusiya vətəndaşları hadisədən sonra ilk dəfə danışıblar.

Ruslan Boşirov və Aleksandr Petrov “RT” xəbər agentliyinə eksklüziv müsahibə veriblər. Hər iki şəxs bildirib ki, yayılan foto onlara aiddir, lakin bu məsələdə yanlışlıq var. Onlar İngiltərəyə turist kimi getdiklərini deyiblər.

Onların sözlərinə görə, martın 3-də gəzmək üçün Solsberiyə gediblər və cəmi yarım saat sonra geri qayıdıblar.

Hər iki şəxs Solsberiyə təsadüfən getdiklərini, Skripalların evini tanımadıqlarını da vurğulayıblar.

Boşirov və Petrov onu da qeyd ediblər ki, casusluqla heç bir əlaqələri yoxdur, onların işi fitneslə bağlıdır.

Britaniya Xarici İşlər Nazirliyi rus vətəndaşların müsahibəsini “yalan və çaşdırıcı” adlandırılıb(azərtac).