XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

15 Sentyabr 2018 - 14:34

Ermənistanda daxili qoşunların sabiq komandanı istintaqa cəlb edildi –"1 mart" işi üzrə

Ermənistanda daxili qoşunların sabiq komandanı “Şerif” ləqəbi ilə tanınan Qriqor Qriqoryan “1 mart hadisələri” ilə bağlı açılan cinayət işi üzrə dindirilib.

Bu barədə “Jamanak” qəzeti yazıb.

“Cinayət işi üzrə dindirilmişəm, amma mən bu mövzuda şərh vermək istəmirəm”, – Q.Qriqoryan bildirib.

O, daxili qoşunların hərbçisi Tiqran Abqaryanın ölümü ilə əlaqəli olmasında ittiham edilə bilər.

Qeyd edək ki, 2008-ci il martın 1-2-də prezident seçkilərindən sonra ölkədə mitinqlər başlayıb. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Əməliyyat zamanı 10 nəfər həlak olub. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıb/Report.