XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 September 2018 - 16:53

ABŞ BMT TŞ-nın iclasını çağırdı –KXDR-ə qarşı sanksiyalara görə

ABŞ bir sıra ölkələrin KXDR-ə qarşı sanksiyalara riayət etməməsi səbəbindən BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasını çağırıb.

Bu barədə Associated Press xəbər verib.

ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli bildirib ki, ekspertlər Şimali Koreyaya sanksiyaları pozan neft tədarükü haqqında hesabat dərc etməlidirlər.

Onun sözlərinə görə, tədarükün bir hissəsi Rusiya gəmiləri tərəfindən həyata keçirilir.

Dövlət katibi Mayk Pompeo da Rusiyanı BMT TŞ-nın KXDR üzrə komitəsinə təsir göstərmək cəhdində ittiham edib/Report.