XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

15 Sentyabr 2018 - 17:11

ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın evi satılıb- 6,46 milyon dollara

ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın Los-Anceles şəhərinin Littl-Holmbi rayonundakı evi 6,46 milyon dollara satılıb. Alıcının adı açıqlanmır.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, neokolonial üslubda olan ikimərtəbəli iqamətgah 1938-ci ildə tikilib. Reyqan həmin evi ötən əsrin 40-cı illərində alıb və burada birinci həyat yoldaşı aktrisa Ceyn Uaymanla birgə yaşayıb. 1949-cu ildə onlar boşandıqdan sonra ev Uaymana qalıb və o, növbəti evliliyi dövründə də bu evdə yaşamağa davam edib.

İqamətgah bu ilin iyun ayında 7 milyon dollara satışa çıxarılmışdı.

Qeyd edək ki, amerikalı siyasətçi və dövlət xadimi Ronald Reyqan ABŞ-ın 40-cı prezidenti olub. Prezidentliyinin ilk illərində “soyuq müharibə” böhranını kəskinləşdirsə də, SSRİ-də hakimiyyətə Mixail Qorbaçov gəldikdən sonra beynəlxalq gərginliyin azaldılması kursuna qayıdıb.