XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

15 Sentyabr 2018 - 18:44

İraqın yeni parlamenti spiker seçib- İkinci cəhddə

May ayında seçkilərinin nəticəsinə əsasən formalaşan İraq Nümayəndələr Şurası (parlament) Ənbər əyalətinin sabiq qubernatoru Məhəmməd əl-Halbusini spiker seçib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sədr sentyabrın 15-də keçirilən gizli səsvermə nəticəsində seçilib.

Ölkənin qərb əyalətinin sabiq rəhbərinin namizədliyini ən iri sünni partiyalarını birləşdirən “Xalq cəbhəsi” bloku (55 yer) irəli sürüb. Sünni deputat 329 yerlik parlamentin yarıdan çoxunun dəstəyini qazanıb. Ümumilikdə isə sessiyada 298 deputat iştirak edib.

Halbusidən başqa İraqın sabiq müdafiə naziri Xalid əl-Obeydi (“Nasr” bloku) və vitse-prezident Usamə ən-Nuceyfi (2010-2014-cü illərdə parlamentə rəhbərlik edib) də parlamentin sədri postu uğrunda mübarizə aparıb. İclasın keçirildiyi gün isə deputatlar Məhəmməd əl-Xalidi, Talyal əz-Zubeyi, Məhəmməd Təmim, Əhməd əl-Cuburi və Raad əd-Dəhlaki öz namizədliklərini geri götürüblər.

İraq parlamentinin sədri postuna seçkilərin sentyabrın əvvəllərində keçirilməsi planlaşdırılsa da, bəzi siyasi partiyaların boykotu və bu səbəbdən yetərsay olmaması səbəbindən sessiya sentyabrın 15-nə təyin edilmişdi. İraq konstitusiyasına əsasən, spiker vəzifəsinin icrasına başladığı vaxtdan sonra qanunvericilər bir ay ərzində kürd deputatları arasından prezident seçməlidir. O isə öz növbəsində parlamentdə çoxluq koalisiyası hökumətinin qurulması üçün mandat verməlidir.