XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

15 Sentyabr 2018 - 19:18

Britaniya 21 milyard dollar mənfəət əldə edəcək- Meyin "Brexit" planından

İyulun 6-da Britaniya hökumətinin Avropa İttifaqı (Aİ) ilə razılaşdırılmış gələcək qarşılıqlı münasibətlər planının icrası zamanı ölkə ÜDM-nin dəyəri 21 milyard dollar artacaq.

“Report” “Financial Times” nəşrinə istinadən xəbər verir ki, İngiltərə Bankının rəhbəri Mark Karni bu barədə ölkənin Nazirlər Kabinetini məlumatlandırıb.

Bununla da o, Avropa İttifaqının Zaltsburqda keçiriləcək sammitdə iştirak öncəsi Böyük Britaniyanın baş naziri Tereza Meyi dəstəkləmiş olub.

Plan Britaniya ilə Aİ arasında mal və kənd təsərrüfatı məhsulları üçün azad ticarət zonasının saxlanılmasını nəzərdə tutur. Karninin iddiasına görə, onun reallaşdırılması avroskeptiklərin 2016-cı il referendumunda qazandığı qələbə nəticəsində ölkə iqtisadiyyatında baş verən itkinlərin ¾-nü bərpa etməyə imkan verəcək.

Onun fikrincə Brüssel ilə bu formatda sazişin bağlanması iqtisadi fəallığın yüksəlməsinə, investisiya həcminin artmasına və əmək bazarında vəziyyətin yaxşılaşmasına yardım edəcək.