XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

10 Fevral 2016 - 18:01

Dünya Bankı Azərbaycana 140 milyon dollar ayıracaq

dun1Dünya Bankı (DB) Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi üçün 2016-cı il iyunun sonunadək Azərbaycana 140 milyon dollar həcmində əlavə maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul edəcək.

Bunu bankın Bakı nümayəndəliyindən deyiblər.

Nümayəndəlikdən qeyd ediblər ki, Azərbaycan hökuməti Bakı-Şamaxı avtomobil yolunun 4 zolağadək genişləndirilməsi üçün DB-dən əlavə maliyyə almaq üçün rəsmi sorğu ilə müraciət edib.

Qərar cari maliyyə ilinin sonunadək (DB-nin maliyyə ili iyunun 30-da başa çatır – red.) qəbul ediləcək.

Trend.az