XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

16 Sentyabr 2018 - 20:40

BMT hesabat açıqladı –Rusiya və Çin Şimali Koreyaya qarşı sanksiyaları pozur

 

Rusiya ilə Çin Şimali Koreyaya qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaları fəal şəkildə pozur.

“The Wall Street Journal”da olan məlumata görə, BMT-nin yeni hesabatının mətnində belə deyilir.

ABŞ-ın xüsus xidmətinin məlumatına görə, Rusiya və Çin gəmiləri qadağalara məhəl qoymayaraq Şimali Koreyaya yanacaq daşınmasını artırıblar. Hesabat müəllifləri bildirirlər ki, Şimali Koreyanın Rusiya ilə 39, Çinlə isə 200 birgə müəsisəsi var. Hesabatda qeyd edilir ki, Rusiya bankları xaricdə qanunsuz yollarla qazanılmış pulların Pxenyana köçürülməsinə kömək edirlər. Müşahidəçilər həmçinin Şimali Koreyanı Suriya,Yəmən,Liviya və dünyanın digər münaqişəli regionlarına qanunsuz silah göndərməkdə günahlandırırlar.

Bundan başqa sənəddə deyilir ki, Çin qanunsuz yollarla Şimali Koreyaya kömür göndərir. Məlumata görə Çin gəmiləri ələ keçməmək üçün çətin marşurutlardan keçməli olurlar. Hesabat müəllifləri deyirlər ki, bu pozuntular BMT təhlükəsizlik şurasının Şimali Koreyaya qarşı sanksiyalarını səmərəsizləşdirir.

Qeyd edək ki, yüksək rütbəli ABŞ rəsmiləri bundan əvvəl də Rusiyanı Şimali Koreyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyaları pozmaqda günahlandırmışdılar. ABŞ ötən cümə günü bəyan edib ki, Şimali Koreyaya qanunsuz yük daşınmasını müşahidə etmək üçün 7 müttəfiqi ilə koalisiya yaradır. Qeyd edək ki, BMT təhlükəsizlik şurası raket və nüvə sınaqlarına görə Şimali Koreyaya qarşı bir sıra beynəlxalq sanksiyalar tətbiq edib. (Azadlıq Radiosu)