XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 September 2018 - 21:30

Milli ordunun batalyon komandiri qətlə yetirilib –Əfqanıstanda

 

Əfqanıstan milli ordusunun batalyon komandiri bazar gününə keçən gecə Loqar əyalətində “Taliban” terrorçularının hücumu nəticəsində öldürülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Pajhwok” agentliyi məlumat yayıb. Bildirilir ki, terrorçular nəzarət buraxılış məntəqəsinə gedən batalyon komandirinin avtomobilinə pusqu qurublar. Hücum nəticəsində daha bir nəfər ölüb, ikisi yaralanıb.