XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 September 2018 - 21:40

Efiopiya və Eritreya üçün tarixi gün –Sülh haqqında  saziş imzaladılar

 

Bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində Kral Salman bin Əbdüləziz Əl Səudun himayəsi ilə tarixi sülh sazişinin imzalanması mərasimi keçirilib.

Bu saziş Afrikanın iki dövləti arasında sərhəd mübahisəsi səbəbindən illərboyu davam edən qarşıdurmaya son qoyacaq. AZƏRTAC xəbər verir ki, sülh haqqında sazişi iki dövlətin liderləri – Eritreya Prezidenti İsayas Afevorki və Efiopiyanın Baş naziri Abiy Əhməd imzalayıblar. İmzalanma mərasimində bu hadisə münasibətlə Kralın dəvətinə əsasən Səudiyyə Ərəbistanına gəlmiş BMT-nin baş katibi Antonio Quterreş iştirak edib.

Afrikanın iki dövləti arasında 1998-ci ildən pozulmuş münasibətlər bu ilin yayından Efiopiyanın Baş naziri Abiy Əhmədin təşəbbüsü ilə düzəlməyə başlayıb. Hazırda ölkələr diplomatik münasibətləri, səfirliklərin işini bərpa ediblər və sərhədləri açıblar.