XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

16 Sentyabr 2018 - 22:38

Fələstindən ABŞ-a etiraz:"Bu, beynəlxalq hüquqa müdaxilə və sayğısızdıqdır”

Fələstin Azadlıq Təşkilatı (FƏT) ABŞ-ın Beynəlxalq Məhkəmə ilə bağlı açıqlamalarını Vaşinqton hökumətinin beynəlxalq hüquqa müdaxiləsi kimi qiymətləndirir.

Fələstin rəhbəri Mahmud Abbasın iştirakı ilə keçirilən FƏT-in icra komitəsinin toplantısında belə mövqe səsləndirilib.

“ABŞ hökumətinin İsrailin hərbi cinayətlərinə dəstək verməsi, Beynəlxalq Məhkəmə və onun baş hakimini təhdid etməsi beynəlxalq hüquqa müdaxilə və sayğısızdıqdır”, – FƏT icra komitəsinin bəyanatında deyilir.

Xatırladaq ki, Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Bolton verdiyi açıqlamada Beynəlxalq Cinayət Məhkəməsini ABŞ-ın müstəqilliyini və maraqlarını təhdid etməkdə ittiham edib.

Bildirib ki, ABŞ bu strukturla əməkdaşlıq etməyəcək.

O, prezidentin adından danışaraq əlavə edib ki, ABŞ öz haqlarını və müttəfiqlərini (İsraili) məhkəmə qərarlarından qoruyacaq/Teleqraf.com.