XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2018 - 07:43

Fələstin səfirini ABŞ-dan çıxarırlar –Yaşamaq icazəsi ləğv edildi, hesabı donduruldu

Fələstinin Vaşinqtondakı diplomatik missiyasının başçısı Husam Zomlotun və onun ailəsinin ABŞ-da yaşamaq üçün icazəsi ləğv edilib.

Strateq.az-ın Oxu.Az-a isinadən verdiyi xəbərə görə, bu barədə bazar günü – sentyabrın 16-da, “Əl-Mayadin” telekanalı məlumat yayıb.

Bundan əlavə, səfirin bank hesabı dondurulub, kredit kartı isə ləğv edilib.

Qeyd edək ki, sentyabrın 13-də Zomlot “Twitter” sosial şəbəkəsindəki hesabında “Amerika xalqına müraciət” ünvanlayıb. O, Vaşinqtondakı Fələstin diplomatik nümayəndəliyinin bağlanmasını “qisas aktı” adlandırıraq bildirib ki, təmsil etdiyi struktur seçim qarşısında qoyulub: Vaşinqtonla münasibətləri pozmaq və ya bir millət kimi öz hüquqlarından imtina etmək.

Fələstin Azadlıq Təşkilatının baş katibi Saib Arikat Tramp administrasiyasının bu qərarını “təhlükəli eskalasiya” adlandırıb.