XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

17 Sentyabr 2018 - 18:55

ABŞ-da güclü qasırğa davam edir:17 nəfər ölüb, Karolina ştatı su altında qalıb

ABŞ-da güclü qasırğa davam edir. Şimali Karolina qubernatoru Roy Kupper Flosens qasırğasının ardınca ştat boyu tonlarla yağış qoyub getdiyini və suyun səviyyəsinin artmasının həyat üçün riskin artmasına səbəb olduğunu deyib.

“Şimalı Karolinanın harasında olursunuzsa olun, gözlənilməz daşqınlardan ehtiyatlı olun. Hava ilə bağlı xəbərdarlıqları diqqətlə izləyin və lazım gəldikdə təhlükəsiz yerlərə daşının” deyə, qubernator bazar günü keçirilən mətbuat konfransında bildirib.

Hazırda Florens qasırğasının gücünü itirərək tropik depressiya (aşağı atmosfer təzyiqi) vəziyyətində olmasına və yavaş-yavaş şimal-şərqə doğru üz tutmasına baxmayaraq, Birləşmiş Ştatların cənub-şərq bölgələrində güclü yağışlar davam edir.

Şimali Karolina ştatı boyu yağışın səviyyəsinın 50 sm. təşkil etdiyi, bəzi ərazilərdə isə 100 sm-ə çatdığı bildirilib. Sinoptiklər yaxın günlərdə Şimali və Cənubi Karolina ştatlarından Nyu-Enqland bölgəsinə doğru gedən yağışların səviyyəsinin 5-dən 12 sm-ə qədər olacağını təxmin edir.

Artıq 17 nəfər ölüb, bir çox qəsəbə və şəhər, eləcə də magistral yollar tamamilə suyun altında qalıb. 700 mindən çox ev elektriksizdir.

Qasırğadan əvvəl Şimali Karolinadakı evlərindən evakuasiya ediən 26 min insan 157 sığınacaqda yerləşdirilib.

(Amerikanın səsi)