XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

17 Sentyabr 2018 - 22:54

“Rusiya Makedoniyada referenduma müdaxilə edir” –ABŞ müdafiə naziri Moskvanı ittiham edir

ABŞ müdafiə naziri Cim Mattis Rusiyanı Makedoniya referendumuna müdaxilə cəhdində ittiham edib. Referendum Makedoniyanın NATO-ya üzlük mövqeyinə aydınlıq gətirməlidir.

Müxbirlər qarşısında çıxış edən nazir Moskvanın bu Balkan ölkəsinin adının dəyişdirilməsi ilə bağlı referendumun məğlubiyyətinə çalışdığına heç bir şübhə olmadığını deyib.

“Onların bu işə görə pul köçürmələrinə, daha geniş nüfuz kampaniyaları aparmalarına şübhə yoxdur”, – Mattis onunla birlikdə Makedoniyanın paytaxtı Skopyedə jurnalistlərə deyib.

Makedoniyalılar sentyabrın 30-da səsverməyə çıxacaq. Qərb liderləri son günlər Skopyeyə səfər edərək referendumu dəstəkləyirlər. Referenduma ölkənin adının Şimali Makedoniya qoyulması çıxarılır.

İyunda Skopye və Afina belə bir razılığa gəliblər. Bu, Makedoniyanın NATO-ya qoşulmasına yol aça bilər, amma Moskva buna qarşı çıxır.

Rəy sorğuları “hə” cəbhəsinin öndə getdiyini göstərir, ancaq səsvermənin nəticələrinin etibarlı olmasından ötrü ölkənin 1,8 milyon nəfərlik qeydiyyat keçmiş seçicisinin 50 faizindən çoxu ona səs verməlidir.

“Hə” cavabı ölkənin adını Şimali Makedoniya Respublikası adlandırmasına səbəb olacaq.

(Amerikanın səsi)